Quba Qala Hotel & Restaurant haqqında-Qubadakı oteliniz
Təbiətin qoynunda rahatlıq: Qubadakı nağılınız!
Yaşıl dağlara açılan mənzərəsi və sakitləşdirici təbiət səsləri ilə çay kənarında yerləşən otelimiz sizə şəhər səs-küyündən uzaqda huzurlu və rahat istirahət vəd edir. Burada hər bir detal qonaqlarımızın rahatlığı və zövqü üçün diqqətlə düşünülüb.
Səhərinizi dumanlı dağ mənzərəsi ilə başlayın. Təmiz dağ havası bütün gün ərzində sizə enerji və təravət bəxş edəcək.
Otelimizin restoranlarında peşəkar aşpazlarımız tərəfindən hazırlanan Qubanın özünəməxsus yerli və xüsusi mətbəxindən dadlı təamları kəşf edə bilərsiniz.
Sağlamlığınıza önəm verirsinizsə, müasir trenajor avadanlıqları və açıq havada idman zonası sizin xidmətinizdədir.
Yaşıllıqlar arasında xüsusi hazırlanmış piknik zonalarında ailəniz və yaxınlarınızla unudulmaz anlar yaşayın. Siz təbiətin gözəlliyindən zövq alarkən, uşaqlarınız onlar üçün tam təhlükəsiz və rəngarəng elementlərlə zəngin uşaq əyləncə zonasında xoş vaxt keçirə bilərlər.
Yaşayış qaydaları
Qonaqlarımıza yalnız yüksək səviyyədə təmiz, təhlükəsiz və rahat otel təcrübəsi təqdim etməyə çalışırıq. Bu otel qaydaları qonaqlarımız üçün təhlükəsiz və xoş qalma şəraiti yaratmaq, həmçinin Quba Qala Hotel & Restaurant ilə qonaqlar arasında qarşılıqlı anlaşmanı təmin etmək məqsədilə hazırlanmışdır.
| Giriş saatı | 14:00 |
| Çıxış saatı | 12:00 |
| Rezervasiyanın ləğvi |
Onlayn həyata keçirilən bronları, gəliş tarixindən ən azı 24 saat əvvəl ləğv edildiyi təqdirdə, təsdiq e-poçtundakı “Bronu ləğv et” linki vasitəsilə ödənişsiz ləğv etmək mümkündür. |
Qaydalar və şərtlər
Onlayn həyata keçirilən bronları, gəliş tarixindən ən azı 24 saat əvvəl ləğv edildiyi təqdirdə, təsdiq e-poçtundakı “Bronu ləğv et” linki vasitəsilə ödənişsiz ləğv etmək mümkündür.